"Qalatasaray"ın yeni transferi Oqenekaro Etebo "Neftçi" ilə baş tutacaq matçda iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, Oqenekaro Etebo UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qalatasaray" - "Neftçi" matçında oynamayacaq. Belə ki, 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığı qaydasında deyil. Nigeriyalı oyunçu Super Liqanın ilk turunda bu gün baş tutacaq "Qaziantep"lə matçda da meydanda olmayacaq. 

Qeyd edək ki, Etebo hazırda xüsusi proqrama uyğun məşqlər edir. Afrikalı futbolçu ilə yanaşı Emre Akbaba zədə səbəbindən "Neftçi" ilə qarşılaşmanı buraxacaq.