"Qalatasaray" yeni transferi ilə rəsmi müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" Oqenekaro Etebonu transfer edib. Nigeriyalı hücumçu 2020/2021 mövsümünün sonunadək icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.
"Sarı-qırmızılılar" bu keçid üçün 25 yaşlı forvardın məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro təzminat ödəyəcək.
Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Cim-Bom" mövsümün sonunda 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.