Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Fatih Terimin ad gününü sürpriz video ilə təbrik edib. 

Offsideplus.az xəbər verir ki, Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb. Onların arasında İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger, təcrübəli mütəxəssislə İtaliyada birgə çalışmış Paolo MaldiniCennaro QattuzoNunu QomeşRuy Koşta, "sarı-qırmızılar"ın əfsanəvi futbolçuları George HacıDidye DroqbaUesli Sneyder və digərləri yer alıb.