“Qəbələ” İdman Klubunun əməkdaşı Tural Yunusov fəaliyyətini Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ot örtüyünə cavabdehlik daşıyan mütəxəssislərdən biri olan Yunusov Super Liqa təmsilçisi “Göztəpə”də çalışacaq. O, İzmir klubunun meydanına baxan heyətdə yer alacaq. Yunusov İrlandiyanın “SİS” şirkətinin dəvəti ilə qonşu ölkəyə yollanıb.
Bu dəvətdə Türkiyəyə yollanan digər əməkdaşımız Rəşad Cabbarovun uğurlu fəaliyyəti də rol oynayıb. Super Liqanın digər təmsilçisi “Kasimpaşa”nın məşq meydanlarının durumuna cavabdeh olan mütəxəssis artıq 10 aydır qonşu ölkədə uğurla çalışır.
Xatırladaq ki, Cabbarov 2013-cü ildə “Qəbələ” Futbol Klubu tərəfindən praktika keçmək üçün “Qalatasaray”a yollanıb, həm “sarı-qırmızılar”, həm “Kasımpaşa”nı meydanları ilə tanış olub. O, Türkiyədəki stadionların ot örtüyünə məsul olan daşıyan “SİS” şirkətinin dəvəti ilə ötən il Kasımpaşanın eyniadlı klubuna bir aylıq sınaq müddətinə yollanıb. Bu müddəti uğurla başa vuran mütəxəssis artıq 10 aydır “Kasımpaşa”nın məşq meydanlarına cavabdehlik daşıyır.