Türkiyə Futbol liqası klublarından "Sakaryaspor" və "Bursaspor" etdikləri paylaşım ilə maraqlı gündəmi zəbt ediblər.
Offsideplus.az xəbər verir ki, sözügedən klublar öz rəsmi instagram səhifələrində gündəmə uyğun olaraq Messinin şəklini paylaşıblar.
"Bursaspor" klubu Messinin əynində klub formasının şəklini paylaşaraq altına bu sözləri yazıb:"Hal-hazırda klubda 10 nömrə oyunçumuz var,lakin biz onunla danışdıq formanı sənə verməyə razı oldu.Klubumuz ilə bağlı bütün məlumatları əfsanə oyunçumuz Bataşadan öyrənə bilərsən.Səni gözləyirik".
Alt liqada çıxış edən "Sakaryaspor"da oxşar addımı atıb.Klub Instagram səhifəsində klub forması ilə messinin şəklini paylaşaraq bir növ məzəli formada Türkiyə Futbol Federasiyasının (TFF) aşağı liqada əcnəbi oyunçu limiti ilə bağlı qərarını tənqid edib.Klub instagram səhifəsində "TFF, əcnəbi oyunçu limiti məhdudiyyətini aradan qaldırın.Hal-hazırda 10 nömrəmiz boşdur və biz cəhd edəcik" sözlərini yazaraq messinin şəklini paylaşıb.