“Qalatasaray”ın futbolçusu Sərdar Əziz karyerasını A seriyasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Sərdarla Milan nəhəngləri - “İnter” və “Milan” ciddi maraqlanır. Artıq “İnter”in müdafiəçiyə görə “Qalatasaray”a rəsmi təklif göndərdiyi də bildirilir.

Məlumata görə, “İnter” futbolçunu transfer etmək üçün 6 milyon avro ödəməyə hazırdı. Ancaq “Qalatasaray”ın bu məbləğlə razılaşmadığı deyilir.

“Qalatasaray” Sərdarın satışından ən azı 10 milyon avro qazanc əldə etməyi planlaşdırır.