Transfer dönəminda aldığı yeni futbolçuları ard-arda təqdim edən "Qalatasaray"ın "Real Madrid"in ulduz futbolçu ilə maraqlandığı  ortaya çıxıb.

 Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, kolumbiyalı Xames Rodrigesin transferi üçün Radamel Falkao danışıqlara cəlb olunub. 

İstanbul nəhənginin Madrid klubunda 6 milyon avro qazanan 29 yaşlı futbolçunu 3 milyon avro ödənişlə icarəyə götürmək istədiyi iddia olunur. Bununla bağlı klublar arasında danışıqlar başlayıb.

"Monako" və "Portu"da həmyerlisi Falkao ilə oynayan Xames "Qalatasaray"a gəlsə, üçüncü dəfə eyni klubda oynayacaqlar.

"Benfild", "Portu" və "Monako"da forma geyinən Rodriqes 2014-cü ildə Kolumbiya ilə dünya çempionatında parlayıb. Ardınca İspaniya nəhənginə transfer olunub. Kolumbiyalı ulduz 2017/2018 mövsümünü icarə əsasında "Bavariya"da keçirib.

Qeyd edək ki, Rodriqesin daha əvvəl adı "Latsio" klubu ilə çəkilsə də, İtaliya klubu iddiaları yalanlamışdı.