Türkiyənin "Fənərbağça" klubu "Kasımpaşa"da çıxış edən Mame Baba Tiamı heyətinə qatıb. 

Offsideplus.az xəbər verir ki, 28 yaşlı seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Mame Baba Tiam 2014 - 2017-ci illərdə müqavilə ilə İtaliya "Yuventus"una məxsus olub. Afrikalı oyunçu əsas komandada debüt edə bilməyib və müxtəlif klublara icarəyə verilib.