"Qalatasaray" klubunun hücumçusu Radamel Falkao növbəti mövsüm də komandada qalacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Mustafa Cengiz məlumat verib.
Klub rəhbəri, 34 yaşlı kolumbiyalı forvardın Superliqada təmsilçisində qalmaq üçün maaşının azaldılmasına razılıq verdiyini bildirib.
Qeyd edək ki, 2019-cu ildən “Qalatasaray”da çıxış edən R.Falkaonun klubdan ayrılacağı barədə məlumatlar yayılmışdı.