"Kayserispor" klubu ilə yolları ayrılan Robert Prosineçki Türkiyənin digər klubu "Denizlispor"a baş məşqçi təyin olunub.

Offsideplus.az xəbər verir ki, Superliqa təmsilçisi serbiyalı mütəxəssislə imzaladığı müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.