Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adı rəsmən elan edilib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta komandanın keçmiş oyunçusu Erol Bulut gətirilib.

İstanbul təmsilçisi 45 yaşlı mütəxəssisə klubdakı gələcək karyerası ilə bağlı uğurlar arzu edib.

Qeyd edək ki, Erol Bulutun baş məşqçi kimi son iş yeri "Alanyaspor" klubu olub.