Türkiyənin “Alanyaspor” klubu yarımmüdafiəçisi Ceyhun Gülselamla müqavilənin müddətini uzadıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu 1+1 illik yeni müqaviləyə imzalanıb.
2018-ci ildən “Alanyaspor”da forma geyinən Ceyhun Gülselam son mövsümdə 40 oyuna çıxıb, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.