Futbol üzrə Türkiyə kubokunun finalında “Trabzonspor”la “Alanyaspor” klubları qarşılaşıblar.

Offsideplus.az xəbər verir ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən final görüşündə 2:0 hesablı qələbə “Trabzonspor”a ölkə kubokunu qazandırıb.
Qeyd edək ki, bununla Trabzon təmsilçisi tarixində 9-cu dəfə Türkiyə kubokunu qazanıb.