Türkiyə futbolu üçün vacib qərar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, bu gün ölkənin Gənclər və İdman naziri Məhərrəm Kasapoğlunun və Türkiyə Futbol Federasiyasının idarə heyətinin iştirakı ilə Riva şəhərində toplantı keçirilib.

Bir neçə saat davam edən toplantıda vacib qərarlar qəbul edilib.

Belə ki, 2020-21-ci illər mövsümündə Türkiyə Superliqasında elitanı tərk edən klub olmayacaq.

Bununla da növbəti mövsümdə Superliqada 21 komanda olacaq.

2021-22-ci illər mövsümündə isə 20 klub qalacaq.