“Göztəpə” klubu portuqaliyalı qolkiperi Beto ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçı özü məlumat verib.

O, 3 ildir formasını geyindiyi İzmir təmsilçisindən ayrıldığını bildirib.

Qeyd edək ki, Beto 2017-ci ildən etibarən Super Liqa təmsilçisinin heyətində 100-ə yaxın rəsmi oyuna çıxıb.