“Beşiktaş” klubunun futbolçusu Kevin-Prins Boatenq İstanbul təmsilçisindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, bu gün “ağ-qaralar"ın düşərgəsində son məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.
Qeyd edək ki, İstanbul təmsilçisi Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürmüşdü.