Son 2 mövsümü çempion kimi tamamlayan "Qalatasaray" cari mövsümü zirvədən çox uzaqda tamamladı.
Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, gözləniləni verməyən futbolçularla yolları ayırmağa qərar verən Fatih Terim yeni mövsümdə heyətin yenilənməsini istəyir.
Klub futbolçularla yanaşı inzibati menecer Mert Çetin ilə də ayrılamağa qərar verib.
Muslera, Markao, Luyindama və 1 il daha müqaviləsi qalan Marselo Saraççi ilə maaşını 1 milyon avroya endirəcəyi təqdirdə Donk komandada qalacaq.
Sözləşməsi bitən Mariano, Yuto Naqatomo ilə icarəyə götürülən Seri, Lemina və Andone gedir.
Falkao, Belhanda, Feqouli, Diagne və Babel satılanlar siyahısında yer alıb.
Maykonun "Əl-Nəsr"ə satılması üçün iki klub arasında danşıqlar davam edir.
Sekidıka və Ozornvafor ilk 11 təminatı aldıqları klublara icarəyə veriləcək.
Linnes klub taparsa gedişinə izn veriləcək. "Olimpiyakos"la müqaviləsi bitən Omar Elabdellaoui azad agent kimi "Qalatasaray"a gələcək.