Futbol üzrə Türkiyə Super Liqasında 2019/2020 mövsümünün çempionu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Başakşehir" sona bir tur qalmış tarixininin ilk ölkə çempionluğu rəsmiləşdirib.
"Başakşəhər" “Kayserispor”u məğlub edib – 1:0. Ən yaxın izləyicisi “Trabzonspor” evdə “Konyaspor”a uduzmaqla (3:4) İstanbul klubunun çempionluğu rəsmiləşdirməsinə imkan yaradıb.
“Başakşəhər”in 69, “Trabzonspor”un 62 xalı olub.