“Qalatasaray” klubunun yarımmüdafiəçisi Selçuk İnan futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, türkiyəli futbolçu bu barədə qərarını Super Liqanın 33-cü turu çərçivəsində 3:1 hesabı ilə məğlub etdikləri “Göztəpə” ilə matçdan sonra bildirib.
Bu barədə aylarla düşündüyünü, baş məşqçi Fatih Terimlə də məsləhətləşdiyini söyləyən İnan, 35 yaşında futboldan getməyə qərar verdiyini bildirib. Bundan sonra isə o, “Qalatasaray”ın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, futbolçu “Qalatasaray”da 2011-ci ildən çıxış edirdi. O, İstanbul təmsilçisində 250-yə yaxın oyun keçirib, 45 qola imza atıb.