Transfer fəaliyyətini davam etdirən "Fənərbağça" klubu heyətini nigeriyalı futbolçular - Peter Olaualeİbrahim Saidlə gücləndirəcək.

Offsideplus.az yerli ölkənin mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi daha sonra hər iki oyunçunu türkiyəli iş adamı, aparıcı Acun Ilıcalının satın aldığı "Fortuna Sittard" klubuna icarəyə verəcək.

Hər iki futbolçunun "Fənərbağça" ilə müqavilə imzalayacağı gözlənilir. Nigeriyanın U-17 millisində çıxış edən ikili performansları ilə bir çox klubların diqqətini çəkə bilib. "Kiçik Ronaldo" ləqəbli Peter Olauale üçün isə "Fənərbağça"dan savayı bir neçə Avropa klubunun maraqlandığı da iddia edilir.

Qeyd edək ki, P.Olauale ölkəsinin "Trippl 24 Akademiya" klubunda, İbrahim Said isə "Dabo Babes Akademiya" komandasında çıxış edir.