Pandemiya səbəbindən yaranan fasilədən sonra yenidən mübarizəyə qatılan və uğursuz nəticələr göstərən "Qalatasaray" 3 məşhur futbolçusu ilə yolları ayıracaq.

Offsideplus.az İspaniyanın nüfuzlu "AS" nəşrinə istinadən xəbər verir ki, "Cimbom" Radamel Falkao, Yones Belhanda və Sofiane Fequli kimi ulduz futbolçuları komandadan göndərməyə hazırlaşır.

Nəşrin yazdığına görə, buna əsas səbəb maliyyə krizisi yox, oyunçuların, xüsusilə də Falkaonun tez-tez zədələnməsidir.

İstanbul təmsilçisi bu mənada 34 yaşlı kolumbiyalı hücumçunu göndərməyə hazırlaşır.

Qeyd edək ki, Falkao 2019-cu ildə "Monako"dan "Qalatasaray"a transfer edilib. O, "sarı-qırmızılı" forma ilə çıxdığı 16 matçda 10 qol vurub.