Koronavirus pandemiyasına görə yaranan fasilədən sonra qələbə qazana bilməyən "Qalatasaray" növbəti mövsümün transfer siyahısını hazırlayır.

Offsideplus.az xəbər verir ki, Arda Turanın keçidini həll edən İstanbul klubu daha 2 transferlə bağlı qərarını qətiləşdirib.

Növbəti mövsümlə bağlı ciddi gəlirlərdən olan klub sabiq oyunçuları Emre ÇolakSemih Kaya ilə anlaşmaq niyyətindədirlər.

"Qalatasaray" rəhbərliyi seçim edərkən həm Türkiyə Futbol Federasiyasının mərhələli şəkildə legioner futbolçu sayını azaldacağını, həm də bu iki futbolçunun maddi baxımdan daha sərfəli olmasını əsas götürüb.

Klubları ilə müqavilələri bitən futbolçular menecerləri vasitəsi ilə "cim-bom"a dönmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Mustafa Çengiz daha əvvəl Arda Turanın dönüşünə razı olmasa da, futbolçu oyuna görə ödəmə almağa razı olduğundan, fikrini dəyişib. A. Turanla 1+1 illik razılıq əldə olunub.