Türkiyə Super Liqasının bərpasından sonra 8 oyundur qələbəyə həsrət qalan "Qalatasaray" mövsümün sonunda bir neçə futbolçu ilə yolları ayıracaq.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi yüksək məbləğli oyunçularla vidalaşmağı planlaşdırır.
Baş məşqçi Fatih Terim artıq 4 oyunçunun - yarımmüdafiəçilər Yunes Belhanda, Rayan Babel və hücumçular Radamel Falkao ilə Mbaye Dianın göndərilməsinə qərar verib.
"Qalatasaray" yeni mövsümdə Arda Turanı heyətə qatacaq.
Qeyd edək ki, "Qalatasaray" sona 2 tur qalmış 52 xalla Super Liqanın 5-ci pilləsində qərarlaşır.