“Qalatasaray” klubu keçmiş futbolçusu Arda Turanla mövsümün sonunda müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, həmin qərar Arda Turan, “Qalatasaray”ın prezidenti Mustafa Cengiz və baş məşqçi Fatih Terimin görüşü zamanı qəbul olunub.
Doğma klubundan ayrılmaq istəməyən türkiyəli ulduz futbolçu karyerasını başa vurduqdan sonra Fatih Terimin köməkçisi kimi “Qalatasaray”da qalmaq istəyir.
Arda Turanın, həmçinin, gələcəkdə komandanın transfer məsələlərini idarə edə biləcəyi qeyd olunur.