Türkiyənin "Qalatasaray" klubunun yolları ayırmağa hazırlaşıdığı 5 futbolçusunun kimliyi bəlli olub.

Offsideplus.az "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi icarə müddəti başa çatan Mbaye DianRayan Babellə vidalaşacaq. 

"Sarı qırmızılar" Yunes Belhanda, Sofyan Fequli Radamel Falkao üçün gələn təklifləri dəyərləndirmək niyyətindədir. 

Qeyd edək ki, "Qalatasaray"ın mövsüm bitdikdən sonra azad agent olan Arda Turanla müqavilə imzalayacağı gözlənilir.