Türkiyənin "Beşiktaş" klubunun "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi transfer etmək istədiyi barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin "Erzurumspor"la müqaviləsi mövsümün sonunda başa çatacaq Bosniya və Herseqovina millisinin qapıçısına təklif etdiyi maaş bəlli olub.
"Beşiktaş" 32 yaşlı qolkiperə illik 400 min, imza üçün 150 min avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.
Klub, həmçinin, yerli qapıçılar Sinan Bolat və Volkan Babacanla da maraqlanır.
Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.