Dünən "Barselona" ilə müqaviləsi bitib sərbəst qalan Arda Turan karyerasını "Qalatasaray"da davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "cim-bom"un prezidenti Mustafa Çengiz inadından əl çəkib.
Mövsüm başa çatdıqdan sonra Arda Turanla müqavilə imzalanacaq.
Qeyd edək ki, türk oyunçu ara transfer dönəmində "Başakşehir"dən ayrıldıqdan sonra klubsuz idi. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim onu heyətə gətirməyə çalışsa da, Mustafa Çengiz razı olmamışdı.