Türkiyənin "Beşiktaş" klubunda daha bir ayrılıq reallaşır.
Offsideplus.az xəbər verir ki, qış transfer dönəminda "Fiorentina"dan icarəyə götürülən Kevin-Prins Boatenq ilə yollar ayrılır.
Müqaviləsində yer alan "10 oyunda 45 dəqiqə və daha çox oynayarsa, müqaviləsi avtomatik uzadılar" bəndi qanalı ulduzun istəyi ilə ləğv olunub. Futbolçu mövsümün sonunda "Fiorentina"ya dönəcək.
Qeyd edək ki, klub daha əvvəl Loris Karius və Pedro Reboço ilə yolları ayırmışdı.