"Qalatasaray" Türkiyə Super Liqasında XXIX turun "Başakşehir"lə matçına ciddi itkilərlə çıxacaq.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 7 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Mövsümü başa vuran Fernando Muslera ilə yanaşı, Radamel Falkao, Florin Andone və Markao zədəlidir. Mariano, Adem Büyük və Ahmet Çalık isə cəzalı olduqları üçün görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, iyunun 28-də keçiriləcək "Başakşehir" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.