Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Fatih Mert İbrahim Üzülməzlə müqavilə bağladıqlarını bildirib. 46 yaşlı mütəxəssisin ilk sınağı "Trabzonspor"a qarşı olacaq.
Yeni vəzifədə Mustafa Reşit Akçayı əvəzləyən Üzülməz son olaraq, I Liqada "Bursaspor"a rəhbərlik edib.
Qeyd edək ki, 28 turdan sonra "Ankaragücü" 24 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.