“Bursaspor” klubunda baş məşqçi dəyişikliyi olub.

Offsideplus.az xəbər verir ki, Türkiyə təmsilçisi İbrahim Üzülməzlə yollarını ayırıb.

Mütəxəssisin istefasına komandanın uğursuz nəticələri səbəb olub.

Klub rəhbərliyi Üzülməzi Metin Diyadinlə əvəz etmək qərarına gəlib. 

Qeyd edək ki, “Bursaspor” 29 oyuna topladığı 46 xalla üçüncü pillədə qərarlaşıb.