"Ankaragücü" klubu baş məşqçisi Mustafa Reşit Akçayla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Fatih Mert məlumat verib.
Klub rəhbəri baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini bildirib. O, Akçayın verdiyi açıqlamaya görə göndərildiyini vurğulayıb.
Qeyd edək ki, Mustafa Reşit Akçay daha öncə sabiq komandası "Trabzonspor"un çempion olmasını istədiyi söyləyib.