Türkiyə Super Liqasının 27-ci turunda keçirilən "Çaykur Rizəspor" - "Qalatasaray" oyununda ağır zədələnərək, xəstəxanaya aparılan qonaqların qapıçısı Fernando Muslera etdiyi hərəkətlə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, sözügedən matçda ayağının fibula sümüyü qırılan uruqvaylı qapıçı müalicədən sonra xəstəxanadan evə buraxılıb.

Ayağı sarğıda olan 34 yaşlı qapıçı bu vəziyyətdə "Qalatasaray"ın növbəti turda qarşılaşacağı "Qaziantep"lə oyuna hazırlaşdığı məşq bazasına gələrək komanda yoldaşlarını izləyib.

Qolkiperin bu addımı ona sosial şəbəkələrdə "cimbom" azarkeşlərinin rəğbətini qazandırıb və Musleraya tərif dolu şərhlər yazılıb.

galatasarayda muslera floryaya 388c7 800