Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsində "Fənərbağça” doğma meydanda “Trabzonspor”la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, səfərdə 1:2 hesabıyla məğlub olan İstanbul klubu rəqibinə evdə də uduzub -1:3.  İki oyunun nəticəsində finala Trabzon təmsilçisi yüksəlib.

Oyun bitdikdən sonra "Fənərbağça"nın gənc qapıçısı Altay Bayındır ilə "Trabzonspor"lu oyunçu Abdulkadir Parmak arasında gərgin anlar yaşanıb. 

Mübahisə əsnasında tərəfləri Trabzon təmsilçisinin digər oyunçuları ayırıb. Bu zaman Altay Parmaka "Sən nə danışırsan, tərbiyəsiz?", "Bayıra gəl ... balası" ifadələrini işlədib.

Daha sonra "Fənərbağça"nın məşqçilər heyəti qapıçını paltardəyişmə otağına aparıblar.