Türkiyə Superliqasının 27-ci turu çərçivəsində “Rizəspor”un qonağı olan “Qalatasaray"ın qapışısı Fernando Muslera zədələnib.
Offsideplus.az xəbər verir ki, uruqvaylı əlcək ustası matçın 15-ci dəqiqəsində rəqib hücumçu ilə toqquşma zamanı xəsarət alıb. Dərhal əvəzlənən təcrübəli qapıçı xəstaxanaya aparılıb. Sağ ayağından zədə alan qolkiperin böyük və kiçik baldır sümüyündə qırıq aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq.
Mövsümü baş vuran təcrübəli qapıçının 6-8 ay meydana çıxa bilməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, oyun "Qalatasaray"ın 0-2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.