“Qalatasaray” klubu ağır itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqasının 27-ci turu çərçivəsində bu gün “Rizəspor”un qonağı olan İstanbul klubunun qapışısı Fernando Muslera sıradan çıxıb.
Uruqvaylı əlcək ustası matçın 15-ci dəqiqəsində rəqib hücumçu ilə toqquşma zamanı xəsarət alıb. Dərhal əvəzlənən təcrübəli qapıçı xəstaxanaya aparılıb. Sağ ayağından zədə alan qolkiperin son durumu haqda tibbi müayinədən sonra məlumat veriləcəyi bildirilib.