Türkiyənin "Beşiktaş" klubu "Sabah"ın futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.
Offsideplus.az "Akşam"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Kasımpaşa"nın da maraq dairəsindədir.
"Qara qartallar" "Sabah"la razılaşsa, transfer həll olunacaq. Türk əsilli futbolçunun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.