Bu günlərdə İtaliyanın "Breşiya" klubu ilə məşqlərə çıxmayan və bu səbəbdən müqaviləsinə son verilən Mario Balotelli "Qalatasaray"a keçə bilər.
Offsideplus.az xəbər verir ki, italiyalı hücumçunun meneceri Mino Raiola İstanbul klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və onu qarşı tərəfə təklif edib.
Təkliflə bağlı yekun qərarı isə baş məşqçi Fatih Terim verəcək.
İtaliya mediası Balotellinin "Qalatasaray" keçməyə yaxın olduğunu yazır.