“Beşiktaş” mövsümün sonunda klubu tərk edərək Çinə yollanacağı deyilən Rikardo Quarejmaya əvəz axtarır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçi klubdan ayrılacağı təqdirdə, onu “Sivasspor”da çıxış edən Robinyo ilə əvəzləməyi düşünür. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “qartallar”ın rəhbəliyinin Quarejmaya əvəz kimi ilk növbədə braziliyalı futbolçunu gördüyü qeyd edilib.
Xatırladaq ki, Robinyo dövrələrarası fasilədə Türkiyənin “Sivasspor” klubuna keçib. 34 yaşlı futbolçu “qırmızı-ağlar”ın heyətində Super Liqada meydana çıxdığı 7 oyunda 3 qola imza atıb.