Uzun müddətdir "Qalatasaray"da çıxış edərək, adını klubun əfsanələri sırasına yazdıran qapıçı Fernando Muslera komandanı tərk etməyə yaxındır.
Offsideplus.az Türkiyənin "Sabah" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Türkiyə Futbol Federasiyası(TFF) növbəti mövsümdən etibarən Superliqa-da çıxış edən əcnəbi oyunçuların yaş limitinin 32 olmasını qəbul etməyə hazırlaşmasıdır.
Bu mənada bütün diqqətlər hazırda "sarı qırmızılar"ın uğurları üçün çalışan 33 yaşlı uruqvaylı qolkiperə yönəlib.
Onun "Cimbom"la 1 illik müqaviləsi var. Mənbənin verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası təcrübəli qapıçıya jest edə də bilər.
Qeyd edək ki, Muslera 2011-ci ildə "Latsio" klubundan "Qalatasaray"a transfer edilib.