Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, mövsümün sonunda “Ərzurumspor”la müqaviləsi bitəcək bosniyalı qolkiper İstanbul təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra “Ərzurumspor”a keçmişdi.