"Beşiktaş" heyətini qapıçı ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" Kolumbiya millisinin üzvü Alvaro Montero ilə yaxından maraqlanır.

Türkiyə mediasında yayılan xəbərə görə, 25 yaşlı əlcək sahibi bu yay "Beşiktaş"a keçə bilər.

Qeyd edək ki, Montero “Deportivo Tolima”da çıxış edir.