“Adanaspor” klubunun qapıçılarla iş üzrə məşqçisi Səfər Hakan Olqun vəzifəsindən istefa verib.
Offsideplus.az xəbər verir ki, Olqunun istefasına səbəb koronavirus pandemiyasıdır.
Olqun, koronavirusdan mənəvi olaraq təsirləndiyini və vaxtını ailəsiylə birlikdə keçirmək istədiyi üçün istefa verdiyini açıqlayıb.