“Ankaragücü” klubu bu gündən bərpa etməyə hazırlaşdığı məşqləri yenidən təxirə salmalı olub.

Offsideplus.az xəbər verir ki, buna komandadakı futbolçulardan birində koronavirus aşkarlanması səbəb olub. Klubdan verilən məlumata görə, futbolçular ən yaxşı halda mayın 11-dən sonra hazırlığa başlaya biləcəklər. Həmin gün futbolçular yenidən koronavirus testindən keçəcəklər.

Hələlik isə komanda üzvləri öz evlərində fərdi qaydada məşq edəcəklər.