Super Liqanın daha bir klubu koronavirusa görə fasilə verdiyi məşqləri bərpa etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, “Qaziantep” mayın 11-dən etibarən hazırlığa başlayacaq.

 45 gündür məşq edə bilməyən komanda üvləri təxminən bir həftə sonra klubun bazasında bir araya gələcəklər. Pandemiya səbəbindən evlərinə gedən əcnəbilər, eləcə də digər şəhərlərdə yaşayan futbolçular, məşqçilər yaxın günlərdə Qaziantepə gələcəklər.