Koronavirus pandemiyası səbəbindən Liqaya fasilə verdiyi vaxtda "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, mövsümün əvvəlində "Monako"dan transfer edilən Radamel Falkao ilə yolları ayırlmağa çalışan "cim-bom" forvard axtarışlarını sürətləndirib.

Mario Balotelli, Hulk kimi futbolçularla adı çəkilən klubun dünya ulduzu ilə maraqlandığı bəlli olub. Bu "Çelsi"nin ulduzu Mişi Batşuayidir. 

Batşuayinin "Çelsi"dəki durumu parlaq deyil. Baş məşqçi Lempard cari mövsümdə etimad etmədiyi belçikalı ilə mövsümün sonunda yolları ayırmağı düşünür.

"Çelsi" gələn mövsüm müqaviləsi bitəcək futbolçunu uyğun təklif gələcəyi halda satacaq.