Koronavirus pandemiyasına görə Türkiyə Super Liqasının təxirə salındığı günlərdə "Qalatasaray"da növbəti mövsümün planları qurulur.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun baş məşqçisi Fatih Terim köməkçiləri ilə toplantılar keçirərək 2020/21 mövsümü üçün layihələr hazırlayır.
Terimin keçirdiyi görüşlərdə köməkçilərindən Hasan Şaş və Ümit Davala iştirak etmir. Bu isə onların növbəti mövsümdə komandadan göndəriləcəyi kimi qiymətləndirilir.