"Beşiktaş" mövsüm sonunda icarə müddəti bitən Loris Kariusa əvəzləyici tapıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" ikinci liqada "Samsunspor"un formasını geyinən Nurullah Aslanı heyətə gətirməyi planlaşdırır.
"Beşiktaş"ın ilk təklifi klub tərəfindən rədd edilib. "Samsunspor" gənc qolkiper üçün 6 milyon avro tələb edir.
Qeyd edək ki, cari mövsümdə 28 oyun keçirən Nurullah Aslan qapısından 11 top buraxıb..