“Dənizlispor” klubunun qapıçısı Adam Staxovyak komandası  ilə müqaviləsinə son verib.

Offsideplus.az xəbər verir ki, 2 aydır ki, Dənizli klubundan maaş ala bilməyən polşalı qapıçı müqaviləyə birtərəfli qaydada xitam verib. Klub legioner futbolçunun bu addımının yaxşı niyyətli olmadığını bəyan edib.

Qeyd edək ki, 33 yaşlı polşalı qolkiper 2018-ci ildən “Dənizlispor”da çıxış edirdi.