"Beşiktaş" klubu heyətinə yeni futbolçu qatacaq.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, "qara qartallar" hazırki qapıçısı Loris Kariusla müqavilənin müddətini artırmaq niyyətində deyil. Belə ki, Türkiyə təmsilçisi "Mançester Siti"nin təcrübəli qapıçısı Klaudio Bravo ilə razılaşmağa yaxındır.
37 yaşlı çilili qapıçı "şəhərlilər"lə yeni müqavilə bağlamaq fikirində deyil və bu baxımdan "Beşiktaş" sözügedən qolkiper üçün hərəkətə keçib.
Oyunçunun özünün də "Beşiktaş"a keçmək istədiyi bildirilir.